2024-cü ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46146 nikah və 19597 boşanma halları qeydə alınıb.
TEZADLAR.AZ-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Qeyd edək ki, 2023-cü il ərzində Ədliyyə Nazirliyinin rayon və qeydiyyat şöbələri tərəfindən ölkədə 54,2 min nikah və 21,688 boşanma halları qeydə alınıb.
2023-cü ildə isə 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,1-dən 5,3-ə azalıb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə yüksəlib.
JASMİN