Bu gün Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 22 yanvar tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Bu barədə "Təzadlar"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları nazirliyin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər. "Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər", - o əlavə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN