"Mən belə görürəm ki, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb..."

Tezadlar.az Reuters- ə istinadla xatırladır ki, Donald Tramp Ağ Evdə jurnalistlərə deyib ki, yaxın gələcəkdə Putinlə görüşməyi planlaşdırır. Lakin bununla belə, o qeyd edib ki, Putin "Rusiyanı dağıdır", sülh bağlamaq və Ukraynada müharibəni dayandırmaq fikrində deyil. Sitat: "Düşünürəm ki, Putin razılığa gəlməməklə Rusiyanı dağıdır... Məncə, Rusiyanın böyük problemləri olacaq". Tramp əlavə edib ki, amma Ukrayna prezidenti Vladimir Zelenski müharibəyə son qoymaq üçün saziş bağlamağa hazırdır.

Trampın açıqlamasından o da məlum olub ki, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığı dəqiqdir.  Və maraqlıdır ki, o, ABŞ Yaşıl Enerji layihələrindən çıxacağını da xatırladıb.

Beləliklə, hələ də Trampın prezidentliyinə olan ümidlər siyasi və ictimai qüvvəsini saxlayır. Amma hər şey yaxın zaman içində dəqiqləşdiriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN