Ötən gün Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin və yaralıların sayı artıb...
Tezadlar.az CNN- Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb: “Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
Allah Türkiyəmizi və türk dünyasını bəlalardan hifz etsin!
ELŞAD