İraq parlamenti ölkənin şəxsi statusu haqqında qanuna dəyişiklikləri qəbul edib, fəalların fikrincə, bu, uşaq nikahını faktiki olaraq qanuniləşdirəcək.
Düzəlişləri tənqid edənlər bunu“uşaq köləliyi” və “qanuniləşdirilmiş pedofiliya” adlandırırlar.
Hazırda İraqda mövcud qanun nikah üçün minimum yaş həddini 18 yaş olaraq müəyyən edir.
Dəyişikliklər məhkəmələrə nikah, boşanma və vərəsəlik məsələlərində daha çox səlahiyyət verir və din xadimlərinə İslam qanunlarının şərhlərinə uyğun hərəkət etməyə imkan yaradır. Bəziləri bunu İslam hüququnun Cəfəri məktəbinə uyğun olaraq uşaq evliliyinə və ya 9 yaşından kiçik evliliyə icazə vermək kimi şərh edirlər.
Düzəlişlər qadınları qoruyan və ailə hüququnu standartlaşdıran 1959-cu ildə qəbul edilmiş qanunu pozur. Dəyişikliklərin tərəfdarları (mühafizəkar şiə millət vəkilləri) qeyd edilən düzəlişləri qanunu İslam prinsiplərinə uyğunlaşdırmaq və Qərbin təsirini azaltmaq yolu kimi müdafiə ediblər. Fəal və İraq qadınlar liqasının üzvü İntisar əl-Mayali bildirib ki, düzəlişlər "qadınların və qızların uşaqlıq hüquqlarını pozan erkən nikahlara görə onların hüquqlarına fəlakətli təsir göstərəcək".
TEZADLAR.AZ CNN-ə istinadən xəbər verir ki, dinləmə qışqırıqlar, etirazlar və prosessual pozuntularda ittihamlarla yekunlaşıb.
JASMİN