"Rusiya prezidenti Vladimir Putin Ukraynaya Belarusda baş verənləri təklif edir. Yəni, Ukrayna Belarus kimi olmalıdır. Müəyyən nüanslarla".

Bu sensasion şıxışı Balarusun prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib. "Təzadlar" bildirir ki, Lukaşenko Putinin sirrini açıb: "...Zelinskinin Ukraynada nüvə silahı olmamalıdır, Rusiyanı təhdid etməməlidir, Ukraynada yaşayan insanlara hər hansı dildə danışmağı qadağan etməməlidirlər”.
Lukaşenka, həmçinin deyib ki, Putin Zelenskiyə “müqavilənin tamamilə məqbul variantını” təklif edir və “Rusiya bu müharibədə uduzmamalıdır”.
O, yenə söz verib ki, “Ukraynada bir dənə də olsun belarus əsgəri döyüşmür”. "Biz Ukraynaya hücum etmirik, biz Ukraynanı bombalamırıq, heç kim bizdən bunu tələb etmir", - Lukaşenka deyib.
Eyni zamanda Lukaşenka hədələyib ki, əgər Ukrayna Belarusa qarşı “eskalasiyanı davam etdirsə”, o zaman “cavab verəcəyik”. “Mən praktiki olaraq əminəm ki, biz Ukrayna ilə müharibəyə getməyəcəyik”, o əlavə edib. "Əgər siz düşünürsünüz ki, Putin sağlam deyil, o, bütün canlılardan daha canlıdır. O, tamamilə adekvat və normal insandır. O, həmişəkindən daha yaxşı formadadır", - Lukaşenko deyib.

Qeyd edək ki, Qərb mediası Putinin Ukraynada aparılan müharibədəki uğursuzluqdan sonra psixi durumunun dəyişdiyini və özünü normal insan kimi aparmadığını yazıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN