Sənin doğum gününü bu kiçik şeirimlə təbrik etməyə qərar verdim, mənim biricik ağ Qunduzum! Ömrün uzun, canın sağ olsun! Sizi həmişə sağlam və xoşbəxt görüm, əzizlərim Giya və Xatirə!

Sevin GİYANI!..

Bu gün doğum günüdür,

Bu möhtəşəm Ağ Divin.

Biz onu çox sevirik,

“Sevin Giyanı, sevin!”

 

Ürəyi şəffaf, təmiz,

Xətri, hörməti əziz,

Sevgisi ümman, dəniz,

“Sevin Giyanı, sevin!”

 

Xatirəyə bağlanıb,

Sevgiylə adaxlanıb.

Gör necə pardaxlanıb,

“Sevin Giyanı, sevin!”

 

Hər sözü dərin, ulu,

Keçdiyi yol Haqq yolu.

İçi hikmətlə dolu,

“Sevin Giyanı, sevin!”

 

Açıq süfrədi qəlbi,

Daim şaqraqdı təbi.

Sevgi məlhəmi, həbi:

“Sevin Giyanı, sevin!”

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN