Bakı şəhər Yasamal rayonunda yerləşən 20 saylı tam orta məktəbdə “Sağlam Həyat” aylığı çərçivəsində sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə tədbiri keçirib.
Tezadlar.az bildirir ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi tərəfindən keçirilib. Tədbirdə Milli Məclisin üzvü Naqif Həmzəyev, Azərbaycan Mətbuat Şurası İH-nin üzvü, “Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər , Diaspor İnformasiya Mərkəzin rəhbəri Toğrul Allahverdili, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin əmıkdaşı Şahlar Zeynalov, Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyəsinə qarşı Mübarizə Komisiyasının katibi Rasim Əliyev və komisiyanın üzvü Orxan Məmmədov, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rövşən Nəcəfov və 20 saylı tam orta məktəbin rəhbərliyi iştirak edib.
Tədbirdə “Üçüncü Sektor” İctimai Birliyinin layihə rəhbəri Nahid Canbaxışlı, Milli Məclisin üzvü Naqif Həmzəyev, Diaspor İnformasiya Mərkəzin rəhbəri Toğrul Allahverdili və digər iştirakçılar son illər ölkəmizdə narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə tədbirləri çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini vurğulayıblar.