Hazırda 589 669 (əhalinin 1,6%-i ) nəfər koronavirusla bağlı müalicə alır...

 ***

Almaniya federal hökumətinin koronavirus şurasına daxil olan Berlindəki “Charite”-nin virusologiya şöbəsinin müdiri Kristian Drosten hesab edir ki, COVID-19 pandemiyasına artıq son qoyulub.

Bu fikri Drosten Tagesspiegel-ə müsahibəsində bildirib.

 "Mənim qiymətləndirməmə görə, bu qış biz koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu o deməkdir ki, pandemiya bitib", - virusoloq bildirib.

 Onun sözlərinə görə, qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet o qədər geniş və sabit olacaq ki,  yayda çətin ki, virus kütləvi şəkildə yayıla bilsin. Virusoloq növbəti mutasiya sıçrayışını yeganə məhdudiyyət adlandırıb: “amma mən bunu da gözləmirəm”.

 COVID-19-a qarşı “sıfır tolerantlıq” siyasətindən imtina etdikdən sonra koronavirusun hazırda kütləvi şəkildə yayıldığı Çindəki vəziyyəti şərh edən Drosten deyib: “Çində böyük səhv ondan ibarət idi ki, əhali arasında peyvəndlə bağlı məlumatlılıq yox idi, xüsusilə yaşlılar arasında” .

 Onun fikrincə, Almaniyada və bütövlükdə Avropada peyvənd kampaniyası pandemiya ilə mübarizədə həlledici addım olub. Virusoloq, eyni zamanda COVID-19-un yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətləri əsaslı sayır.

 "Söhbət pandemiyanın dayandırılmasından getmirdi. Əvvəldən bunun qeyri-mümkün olduğu aydın idi. Amma siz, ümumiyyətlə heç nə etməsəydiniz, “Delta” ştammının yayılmasından əvvəl Almaniyada bir milyon və ya daha çox ölüm olardı. Ona görə də biz insanlarla təmasları məhdudlaşdırmalı olduq”, - Drosten diqqətə çatdırıb.

 Xatırladaq ki, oktyabr ayından Almaniyada koronavirusun yayılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər sərtləşdirilib.

***

Qeyd edək ki,  bu günə olan statistik məlumata görə, 83 milyondan bir qədər çox əhalisi olan Almaniyada 37 211 937 nəfər, yəni 44,4% koronavirusa yoluxub. Yoluxanların 36 461 500 nəfəri, yəni 98,0%-i müalicə olunaraq sağalıb, 160 768 nəfəri (0,4%) koronavirusun qurbanı olub.

Hazırda 589 669 (1,6%) nəfər müalicə olunur.

 Almaniyada əhalinin 63 519 353 nəfəri, yəni 72%-i tam peyvənd olunub – hər iki vaksini alıb. 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN