Bu gün Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu Seyidovun anadan olan günüdür.

Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu Seyidov 1952-ci ilin 7 sentyabrında Şərur rayonunun Alışar kəndində anadan olmuşdur.
1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi.
Milis kapitanı Məhərrəm Şərur rayonunda baş inspektor işləyirdi.

1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi.

19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü... Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, ama o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edərək özü qəhrəmancasına həlak oldu.
Ailəli idi, dörd övladı qalıb.

Azərbaycan Respublikası Rrezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub. Buradakı 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır. Allah rəhmət eləsin!

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA