Bakıda ağacların dibi asfaltdan təmizlənib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Ənvər Qasımlı küçələrinin kəsişməsində ağacların dibinin asfaltlanması faktı aşkar olunub.
Ağacların dibi Xidmətin əməkdaşlarının nəzarəti altında 13 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.
E.ŞİRİNOV