Xəbər verdiyimiz kimi, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin "VKontakte" sosial şəbəkəsində etdiyi paylaşımda Gürcüstana qarşı mövqe sərgilənib.

O, Rusiyanın sərhədlərinin bərpası barədə fikirləşərək bildirib ki, Gürcüstan “əvvəllər mövcud deyildi” deyə tamamilə işğal edilməlidir. Paylaşımda Gürcüstan Rusiyanın tarixi hissəsi kimi qələmə verilib. Lakin 10 saatdan sonra onun köməkçisi bildirib ki, guya Medvedevin hesabını sındırıblar. Bundan sonra paylaşım silinib...

Medvedevin paylaşımından sonra  Gürcüstanda hakim partiyanın üzvlərindən biri olan Arçil Talakvadze Dimitri Medvedevin sosial media hesabı vasitəsilə paylaşılan statusuna cavab olaraq bildirib ki, "Gürcüstanın 5 000 illik mövcudluq tarixi var və bunu heç kim dəyişə bilməz".

Bu barədə Gürcüstan KİV –i məlumat yayıb.

“Təhlükələr və çətinliklərlə dolu bir vaxtda, çətin bir regionda yerləşirik. Bütün istiqamətlərdən Gürcüstanın sabitliyinə konkret təhlükələr meydana çıxır. Rusiya Gürcüstan ərazisinin qanunsuz işğalını davam etdirir. Biz isə ərazi bütövlüyümüzü qorumaq və uzunmüddətli sabitlik üçün beynəlxalq prinsiplərə sadiq şəkildə mübarizəmizi davam etdiririk. Bu bizim hakimiyyətimizin bir nömrəli tapşırığıdır”, - deyə Talakvadze vurğulayıb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN