Şərur rayon sakini Kazım Qurbanov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova şikayət teleqramı göndərdikdən dərhal sonra polisə çağırılıb.

Bu barədə Kazım Qurbanovun özü məlumat verib.

Belə ki, Düdəngə kəndindən olan Kazım Qurbanov əmlakının qanunsuz söküldüyünü iddia edir. Onun sözlərinə görə, 30 əvvəl tikilmiş, qanuni sənədləşdirilmiş evinin divarı və hasarının bir hissəsi məhkəmə qərarı olmadan sökülüb.

Şikayətçi bildirib ki, Şərur rayon Polis Şöbəsində onu rəis və prokurorluq işçiləri bir saata yaxın dindiriblər: “Üzləşdiyim qanunsuzluğun aradan qaldırılması xahişi ilə avqustun 15-də Vasif Talıbova teleqram vurdum. Üstündən bir saat keçməmiş sahə müvəkkili zəng vurdu ki, izahat üçün polisə gəlməliyəm. Rəsmi çağırış tələb etsəm də, məhəl qoymadı. Dedi ki, ya şöbəyə gəlməliyəm, ya da mənim üçün çox pis olacaq. Məcbur qalıb polis şöbəsinə getdim. Ali Məclisə niyə teleqram vurduğumu soruşdular. Mənə dedilər ki, problemi içtimailəşdirməyim, mətbuata açıqlama verməyim nə mənim üçün, nə də Naxçıvan üçün yaxşıdır. Mən isə haqqımı tələb etdiyimi bildirdim, aramızda mübahisə yarandı. Sonda dedilər ki, get, gəlib maraqlanacağıq. Mənimlə təhdidlə danışırdılar”.

K.Qurbanov qeyd edib ki, hüquqlarını Naxçıvanda bərpa edə bilməsə, Bakıda Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN