“Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qəti şəkildə əminəm ki, onu gücləndirmək lazımdır, çünki o əvəzolunmazdır.

Təşkilatın özündə bir çox çatışmazlıqlar olsa da, bizim başqa alternativimiz yoxdur. Buna görə də Qazaxıstan BMT-nin rolunun gücləndirilməsi istiqamətində bu mövqeyi bölüşən bütün ölkələrlə əməkdaşlığı davam etdirmək niyyətindədir. Regional güclərin və orta güclərin səsi ilk növbədə Təhlükəsizlik Şurasında eşidilməlidir. Təhlükəsizlik Şurasında da islahatlar aparılmalıdır, çünki təəssüf ki, o, çıxılmaz vəziyyətdədir və biz ondan çıxış yolu tapmalıyıq. Biz gələn il 80 illik yubileyini qeyd edəcək Birləşmiş Millətlər Təşkilatını dəstəkləməliyik”.

TEZADLAR.AZ Akorda-ya istinadən xəbər veriri ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astana Think Tank Forumunda iştirakçıların BMT ilə bağlı sualını cavablandırarkən bildirib. 

Daha sonra dövlət başçısı BMT-nin statusunun möhkəmləndirilməsi və multilaterializm prinsiplərinin təşviqi prosesində orta güclərin rolu ilə bağlı sualı cavablandırıb.

 “Əlbəttə, Qazaxıstan multilaterializmin (beynəlxalq xarici iqtisadi əlaqələrin təşkili- RED ) güclü tərəfdarıdır. Biz əminik ki, müasir dünya və gələcəyin dünyası universal olmalı, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş prinsiplərə əsaslanmalıdır. Biz BMT Nizamnaməsinə əməl etməliyik. Başqa alternativ olmadığına görə heç kimin onu pozmağa haqqı yoxdur. BMT Nizamnaməsi müasir beynəlxalq nizamın əsasını təşkil edir. Bəli, yəqin ki, bu təşkilatın fəaliyyəti ilə bağlı tənqid və məyusluq var. Lakin biz müharibələri, münaqişələri dayandırmaq və dialoq dilinə gəlmək üçün səylərimizi birləşdirməliyik”, - prezident Tokayev vurğulayıb.

 Qazaxıstanla bağlı o, bildirib ki, ölkənin islahatları davam etdirməsi və strateji məqsədlərinə çatması üçün dinc yanaşı yaşama və inkişaf mütləq vacibdir: indi qarşıda ölkənin həm siyasi, həm də iqtisadi potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı vəzifələr durur.

 “Ona görə də biz sülh tərəfdarıyıq. Çoxşaxəli əməkdaşlığı inkişaf etdirdiyimiz bütün tərəfdaşlarımıza çox minnətdarıq. Qazaxıstan beynəlxalq bazarlara açıqdır. Mən artıq dedim ki, biz mümkün qədər daha çox birbaşa xarici investisiya cəlb etmək və Qazaxıstan bazarına çıxmaq niyyətində olanlar üçün əlverişli şərait yaratmaq istəyirik”, - deyə Qazaxıstan Prezidenti bəyan edib.

 forum-qazaxistan

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN