Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Aİ Şurasının bazar ertəsi Brüsseldə yayılan bəyanatında deyilir.
Şura bu gün regiondakı vəziyyəti izləmək, təhlil etmək və hesabat vermək üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a qədər Aİ ekspertinin göndərilməsi barədə qərar qəbul edib.
Aİ vurğulayıb ki, regionda mülki missiyanın yaradılması ilə bağlı qərar oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının rəhbəri arasında keçirilən görüşdən sonra verilib və “məqsəd bölgədə sülh və təhlükəsizliyin bərpasına, etimadın yaradılmasına və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir”.
E.ŞİRİNOV