Almaniyanın müdafiə naziri Boris Pistorius yanvarın 14-də səhər saatlarında qəflətən Kiyevə gəlib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, nazir Kiyevdə çıxışında deyib: "Mənim üçün bu səfərlə Ukraynanı fəal şəkildə dəstəkləməyə davam etdiyimizi göstərmək vacibdir. Bu, Almaniyanın Avropanın ən böyük NATO ölkəsi kimi Ukraynanın tərəfində olduğuna işarədir. Biz tək deyilik, lakin beş ölkə və bir çox digər müttəfiqlərlə birlikdə Ukraynanı dəstəkləyirik. Ukraynanı müdafiə etmək Avropanı Rusiyanın təcavüzündən qorumaqdır... ".
Pistorius Ukrayna hökuməti ilə Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya gələcək hərbi dəstəyi müzakirə edib.

Rusiya KİV-ləri isə Almaniyalı nazirin bu hərəkətini sərt tənqid etməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN