“Hanquk İlbo” qəzetinin qeyd etdiyi kimi, Koreya Respublikasının polisi dekabrın 3-də hərbi vəziyyətin tətbiqi ilə bağlı baş nazir Han Dok Su da daxil olmaqla, kabinetin 10 nazirini dindirməyə çağırıb.
TEZADLAR.AZ məlumata istinadən xəbər verir ki, həmin 10 nəfərin dekabrın 3-də hərbi vəziyyət elan edilməmişdən əvvəl və sonra Nazirlər Kabinetinin məhdud tərkibdə keçirilmiş iclasında iştirak etdiyi güman edilir.
Qəzetin yazdığına görə, görüşdə prezidentlə yanaşı, baş nazir Han Dok Su, iqtisadiyyat və maliyyə naziri Çxve San Mok, keçmiş daxili işlər naziri Li San Min, xarici işlər naziri Ço Txe Yol, səhiyyə və sosial inkişaf naziri Ço Txe Hon, birləşmə naziri Kim Yon Hu, keçmiş milli müdafiə naziri Kim Yonq Hyon, ədliyyə naziri Pak Son Çje, kiçik, orta və vençur biznes naziri O Yon Çju, kənd təsərrüfatı, qida və kənd inkişafı naziri Son Mi Ryon da iştirak ediblər.
Hüquq-mühafizə orqanları Milli Kəşfiyyat Xidmətinin rəhbəri Ço Txe Yonu da dindirməyə dəvət ediblər.
Polis xəbərdarlıq edib ki, əgər nazirlər dindirilməyə gəlməsələr, “məcburi istintaq”la bağlı qanuni tədbirlər görülə bilər.
JASMİN