Azərbaycanın Parisdəki səfirliyinə hücum edən şəxs həbs edilib.
Bu barədə fransız tarixçisi Maksim Qauin məlumat verib.
O? qeyd edib ki, Daşnaksütyun eməni inqilab federasiyasının Fransadakı gənclər təşkilatının keçmiş sədri Loris Tufanyan bu gün səhər saatlarında həbs edilib. 2015-ci ildə o, dissident Charjoum qrupunun həmtəsisçisi olub.
"Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı fırtınalı aksiya ilə bağlıdır", - deyə Qauin izah edib.
***
Xatırladaq ki, sentyabrın 18-də bir qrup erməni Fransadakı Azərbaycan səfirliyinə hücum etmişdi.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev KİV-ə açıqlamasında bildirib ki, səfirliyin bu cür təxribatlara və hücumlara məruz qalması ilk fakt deyil və 2017-ci ildən bəri səfirliyin əməkdaşlarının təhlükəsizliyi ilə bağlı bütün səviyyələrdə Fransa hökuməti qarşısında məsələ qaldırıb və onların diqqətinə çatdırıblar ki, Azərbaycan səfirliyi və Azərbaycan Mədəniyyət Evi faktiki qorunmur.
Onu da qeyd edək ki, Fransadakı əlaqədar qurumların etinasızlığı səbəbindən erməni barbarları əvvəlcə səfirliyimizə hücum edib qapını sındırıb içəri girməyə çalışdılar, həm də binaya ciddi ziyan vurdular.
Təqsirkar şəxslər isə tapılmadı...
Və daha sonra ermənilər Fransanın əlaqədar qurumlarının cinayətkarlar barədə heç bir ölçü götürmədiklərindən ilhamlanaraq, Azərbaycan Mədəniyyət Mərkəzinə də hücum etdilər: binaya boya atdılar, tərbiyəsiz hərəkətlərə yol verdilər...
Və budur, hadisədən bir aydan çox vaxt keçdikdən sonra onlardan biri saxlanılıb. Veriləcək cəza nə olacaq, bunu zaman göstərəcək...
Y.MƏMMƏDLİ