Yaponiya və ABŞ KXDR-in qitələrarası ballistik raket buraxması ilə əlaqədar birgə təlimləri müzakirə etmək qərarına gəliblər.
Bu barədə RİA Novosti Yaponiyanın FNN telekanalına istinadən xəbər verir.
Manevrlər hava şəraitindən asılı olaraq fevralın 19-u günortadan sonra keçirilə bilər. Təlimdə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin qırıcıları və ABŞ Silahlı Qüvvələrinin bombardmançıları iştirak edəcək.
Bundan əvvəl Şimali Koreya hakimiyyəti “Xvason-15” qitələrarası ballistik raketinin buraxılmasını təsdiqləyib. Raketin 989 kilometr uçduğu və 5768 metr hündürlüyə çatdığı dəqiqləşdirilir. Uçuş müddəti 4015 saniyə idi. Həmçinin qeyd edilir ki, raket Yapon dənizindəki hədəf ərazini dəqiqliklə vurub.
E.ŞİRİNOV