ABŞ prezidenti Co Bayden ABŞ-da dövlət borcu məsələsində razılığa gəlməkdə çətinliklər fonunda G7 liderlərinin naharını daha əvvəl tərk etməyə hazırlaşır.

Tezadlar.az-ın “Reuters”-ə istinadən məlumatına görə, amerikalı liderin qərarını ABŞ Ağ Evinin mətbuat katibi Karine Jan-Pyer açıqlayıb.

Ehtimal ki, Bayden komandasından Respublikaçılar Partiyasının nümayəndələri ilə büdcə danışıqları ilə bağlı yenilik alacaq.

Xatırladaq ki, hazırda ABŞ-ın dövlət borcunun yuxarı həddi 31,4 trilyon dollardır. Texniki cəhətdən ABŞ buna bu ilin əvvəlində çatdı, lakin hakimiyyətin "fövqəladə" tədbirləri defolt anını gecikdirdi.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Respublikaçılar və Demokratlar arasında borclanma limitlərinin uzunmüddətli artırılması ilə bağlı razılaşma əldə olunmasa, ABŞ iyunun 1-də öz öhdəliklərini tam yerinə yetirə bilməyəcək. Nəticədə Birləşmiş Ştatlar defolt və ya dövlət xərclərinin kəskin azalması ilə üzləşə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN