Zərərçəkmiş Seymur DadaşovAli Məhkəmənin sədri İnam Kərimova üz tutdu: “Hörmətli sədr,  böyük ümidlə Sizdən xahiş edirəm, mənə külli miqdarda ziyan vurmuş dələduz-məhkum Səmədov Əzizalı Mehralı oğlunun barəsində Ali Məhkəmədə 8 iyun 2023-cü il tarixdə, saat 11:35-də ədalətli hökmün çıxarılmasına kömək edəsiniz...”

Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, bina 27, mənzil 25-də yaşayan Dadaşov Seymur Adil oğlu və Qələndərov Sahib Zöhrab oğlu dələduzluq əməlinin qurbanı olublar. Onlar Azərbaycan Respublikası Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər...Surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətdə deyilir:

Hörmətli cənab sədr!

Məhkum Səmədov Əzizalı Mehralı oğlu bizə qarşı dələduzluq edərək, külli miqdarda ziyan vurmuşdur, əmlakımızı ələ keçirmişdir. Bununla əlaqədar o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əzizalı Səmədov vurduğu ziyanı bizə ödəyəcəyinə söz versə də, hər dəfə vədinə əməl etməməkdədir. Əzizalı Səmədovun yaxınları bildirirlər ki, guya şikayətçi olduğumuz üçün bizə vurulmuş ziyanı ödəməyəcəklər, bizə verməli olduqları pulu rüşvət verərək Əzizalı Səmədovun cəzadan azad olunmasına nail olacaqlar. Hazırda Əzizalı Səmədovun müdafiəçisi onun məhkumluğu barədə Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1001/2022 saylı 10 iyun 2022-ci tarixli qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə 1(102)-695/2023 saylı cinayət işi Ali Məhkəmənin Cinayət Kollegiyasının (məruzəçi hakim Vidadi Cəfərov) icraatındadır və işə əvvəlcə 30 mart 2023-cü il tarixdə baxılmışdır. Hakim ötən iclasda humanistlik edərək məhkum Əzizalı Səmədovun vurduğu külli miqdarda ziyanı ödəməyə söz verdiyini nəzərə alıb ona vaxt vermişdir. Artıq sonuncu iclas iyun ayının 8-də, saat 11:35-ə təyin edilmişdir.

Hörmətli cənab sədr!

Məhkum Əzizalı Səmədovun müdafiəçisinin Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1001/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarından vertdiyi kassasiya şikayəti üzrə (1(102)-695/2023 saylı cinayət işi) məhkəmə baxışını nəzarətinizə götürməklə, həmin işə Ali Məhkəmənin Cinayət Kollegiyasında qanuni, ədalət məhkəmə baxışının təmin edilməsilə bağlı bu işi şəxsi nəzarətinizə götürəsiniz. Bu məhkəmə instansiyasında ədalətli qərarın qəbulu biz zərərçəkmiş iki böyük ailə üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir. Biz ümid edirik ki, bu işdə Ali Məhkəmənin sədri  kimi bizə köməklik edəcəksiniz. Əvvəlcədən Sizə öz təşəkkürümüzü bildiririk, eləcə də Azərbaycan dövlətinin adından qərar qəbul edən məhkəmə hakimlərinin ədalətinə inanırıq”.

Redaksiyadan: zərərçəkmişlərin ərizəsi aidiyyəti üzrə göndərilmişdir, tərəfimizdən nəzarətdədir. İnanırıq ki, Ali Məhkəmənin Cinayət Kollegiyası ədalətli qərarı ilə zərərçəkmişlərin hüquqlarının bərpasına kömək edəcək və onlara dəymiş külli miqdarda ziyan ödəniləcək, əks halda məhkum Əzizalı Səmədovun barəsində ən ağır cəza müəyyən ediləcək.

E.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA