Almaniya kansleri Olaf Şoltsun səhvləri ona gətirib çıxarıb ki, naməlum şəxs onu “Frankfurt am Main” hava limanında tuta bilib.

Tezadlar.az xəbər verir ki, köşə yazarı Josef Hufelşulte bu barədə “Focus” jurnalı üçün məqaləsində yazır.

Qeyd olunur ki, hava limanının girişində müəyyən bir şəxs öz maşını ilə kanslerin kortejinə qoşulub və onunla birlikdə aerodrom istiqamətinə gedib. Sonra maşınlar dayanan kimi o, hökumətin limuzininə yaxınlaşıb və Şolts-u bərk-bərk qucaqlayıb.

Daha sonra qaydanı pozan korteji toy korteji ilə səhv saldığını bildirib.

Məqalə müəllifi Almaniya kanslerinin xüsusi qorunan şəxs olduğunu izah edib. O, dövlət adamları üçün xüsusi hazırlanmış təhlükəsizlik protokoluna ciddi əməl etməlidir.

Lakin Şolts tez-tez onu pozur. Xüsusən də hava limanında o, mühafizəçilərə xəbər vermədən sözün əsl mənasında limuzindən düşüb. Müşahidəçi izah edib ki, bu, naməlum şəxsin avtomobilə yaxınlaşaraq kansleri sıx qucaqlaya bilməsi ilə nəticələnib.

Hufelşulte xatırladıb ki, protokola əsasən, kanslerin qvardiya komandiri mühafizə olunan şəxsin müvafiq göstərişindən sonra qapını açmağa məcbur olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA