Sudan Silahlı Qüvvələri Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) əməliyyatlarını maliyyələşdirmək üçün istifadə etdiyi mətbəəni ələ keçirib və partladıb.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Buna cavab olaraq ÇRQ Mərkəzi Banka reyd keçirib. Əməliyyatın nəticələri, o cümlədən onların qızıl ehtiyatlarına sahib olub-olmaması məlum deyil. Münaqişənin hər iki tərəfinin nümayəndələri sualları cavablandırmayıblar. Xartum Çevik Reaksiya Qüvvələrinin Twitter hesabında hücumun nəticələri barədə heç bir məlumat verilmir.

Sudanda ordu ilə ÇRQ arasında toqquşmalar aprel ayında başlayıb. Səbəb ordunun baş komandanı ilə Suveren Şuranın rəhbəri (hakimiyyətin tranziti üçün 2019-cu ildə müvəqqəti formalaşan ali orqan) Əbdülfəttah əl-Burhan və onun müavini Məhəmməd Həmdan Daklu (Hamidti) arasında fikir ayrılığı olub.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov daha əvvəl bildirib ki, Moskva Sudandakı münaqişənin həllində vasitəçilik etməyə və danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA