Kiyev prokurorluğu və polisi bomba sığınacaqlarının bağlanması ilə bağlı yerli sakinlərin şikayətindən sonra Ukrayna paytaxtının administrasiyasında axtarışlara başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Kiyev prokurorluğunun spikeri Nadejda Maksimets bildirib.

“Hazırda KXDR-də istintaq hərəkətləri davam etdirilir. Xüsusilə də Bələdiyyə Təhlükəsizlik və Səhiyyə İdarəsində axtarışlar aparılır”, - deyə o bildirib.

Bundan əvvəl Ukrayna təhlükəsizlik qüvvələri hava hücumu elan edilərkən sığınacaq açılmayan tibb müəssisəsində axtarışlar aparıb. Daha sonra onu açmayan mühafizəçi həbs edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA