Ermənistanın sosial mediası bir müddətdir ki, Paşinyanı Azərbaycanla sülh təşəbbüslərinə görə xain adlandırır və onu milliyyətini gizlədən Azərbaycanlı kimi təqdim edirlər...

Bu dəfə isə AYF-YOARF-un (Erməni Gənclər Federasiyası-Erməni İnqilab Federasiyasının Gənclər Təşkilatı) Şərq Regionu Paşinyanın Artsaxı (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini) Azərbaycanın ərazisi kimi tanımasını qətiyyətlə pisləyib. Tezadlar.az "Azadlıq Radiosu"na istinadla bildirir ki, bu təşkilat qeyd edilənlərlə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: "AYF-YOARF-un Şərq Regionu Ermənistan hökumətinin Artsaxı (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) Azərbaycan ərazisi kimi tanımasını qətiyyətlə pisləyir və xain Paşinyan rejimini istənilən vasitə ilə aradan qaldırmağa çağırır. Paşinyan və onun satqın kadrları pantürkizmə, Türkiyə və Azərbaycan dövlətlərinin məqsədlərinə xidmət edərək erməni xalqına qarşı ən son xəyanətlərini ediblər...".
 Təşkilat bəyanatında Paşinyanı milliyyətcə Azərbaycan türkü adlandırıb. Sitat: "...Türk-azəri agenti Nikol Paşinyan Artsax (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) xalqının taleyini öz nəzarəti altına alaraq soyqırımçı manyak və Əliyevin xoş niyyətinə arxalanmağa ümid edir.... AYF-YOARF (Erməni Gənclər Federasiyası-Erməni İnqilab Federasiyasının Gənclər Təşkilatı) Şərq regionunun və dünyanın erməni gənclərini Paşinyan hökumətini devirmək və Artsaxın (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) işğalına müqavimət göstərmək üçün bütün səyləri və bütün mübarizə yollarını göstərməyə hazır olmağa çağırır. Biz əsas təşkilatımız olan Erməni İnqilabi Federasiyasının (ARF) bəyanatlarını və mövqeyini təkrarlayırıq və bütün erməniləri Ermənistan hökumətinin xalqımıza xəyanətinə qarşı çıxmaq üçün birləşməyə çağırırıq..." və sair saxta iddialar...

 Əslində, bu cür bəyanatlar ermənilərin, xüsusən də onların havadarlarının iç üzünü açmış olur. Uzun illərdir həmin havadarlara arxayın olan erməni separatçıları və quldurları Azərbaycanın əzəli torpağı olan Qarabağın böyük bir hissəsini işğal etmişdi... Azərbaycan isə 2020-ci ilin sentyabrın 27-də başladığı hərbi əməliyyatlarla 30 illik bu işğala cəmi 44 gün ərzində son qoydu... Bəs həmin havadarlar niyə əsir düşən, cəbhədən qaçan... ermənilərin yanında olmadı? Bax ermənilər bunu dərk edib mənfur əməllərindən əl çəkməlidirlər...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA