Sankt-Peterburqda zəncirvari kütləvi qəza baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Sofiyskaya küçəsində, 52 saylı evin yaxınlığında 12 avtomobil toqquşub. Qəza nəticəsində 16 nəfər xəsarət alıb", - məlumatda deyilir. Daha sonra 13 avtomobilin toqquşduğu, 11 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Frunzenski rayonunda baş vermiş hadisə ilə bağlı məlumat iyunun 3-də saat 08:43-də daxil olub. Qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyindən 3 texnika və 15 canlı qüvvə cəlb olunub.

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və region üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, altı avtomobil qəzaya uğrayıb, beş yaşlı uşaq da daxil olmaqla yeddi nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Yol polisi hadisə yerindədir. Təfərrüatlar dəqiqləşdirilir. Polis qəza ilə bağlı araşdırma başladıb.

Şəhər prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, qəzaya ilkin səbəb kimi yük maşınının qarşıdan gələn zolağa çıxması göstərilir.

"İlkin məlumatlara görə, Nevski estakadasının çıxışında yük maşını qarşıdan gələn zolağa çıxıb və orada avtomobillərlə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var", - məlumatda deyilir.

Nəzarət orqanı bütün halların müəyyən edilməsini və kütləvi qəza faktı üzrə prosessual qərarın qəbul edilməsini nəzarətə götürüb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA