Krasnoyarskda Leninski Rayon Məhkəməsi çoxmənzilli binaların əsaslı təmiri üzrə regional fondun baş direktoru barəsində həbs-qətimkan tədbiri seçib. O, növbəti iki ayı istintaq təcridxanasında keçirəcək, - deyə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, fondun rəhbəri iyunun 2-də saxlanılıb. O, rayonun cənubunda evlərin əsaslı təmiri ilə bağlı müqavilələrin bağlanmasında göstərdiyi köməyə görə sahibkardan külli miqdarda rüşvət almaqda şübhəli bilinir. O, həmçinin pul müqabilində qəbul aktlarının imzalanmasına zəmanət verib.

İstintaqın məlumatına görə, müttəhim 12 milyon rublla "özünü zənginləşdirməyi" planlaşdırıb. Ancaq bunlardan yalnız 1,6 milyon rubl alıb. İyunun 2-də ona daha 5 milyon rubl köçürülməli idi, lakin həmin gün şəxs saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA