ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sallivan CNN-ə bildirib ki, Vaşinqton hazırda Ukraynada nizamlanma üzrə danışıqlar üçün vaxt cədvəli təyin etmir.

"Mən heç bir qrafik təyin etməyəcəyəm, çünki müharibə gözlənilməz bir şeydir", - TASS onun sözlərindən sitat gətirib.

Sallivanın fikrincə, döyüş meydanında baş verənlər danışıqlar masasında baş verənlərə əhəmiyyətli dərəcədə təsir edəcək.

“Ancaq Ukrayna prezidenti Vladimir Zelenskinin dediyi kimi, deyəcəyəm ki, sonda diplomatiya yolu ilə başa çatacaq”, - o deyib.

İyunun 2-də Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Ukrayna ilə bağlı Rusiyanı danışıqlar masasına oturtacaq istənilən təşəbbüsü alqışlayacaq.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Braziliya, Çin və istənilən başqa ölkənin “Ukraynada ədalətli sülh” yolunun tapılmasına kömək etsələr, onların səylərini dəstəkləyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA