Papanın nümayəndəsi Matteo Zuppi böhranı həll etmək üçün Kiyevə gələcək.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “Müqəddəs Taxt-Tac” xəbər verir.

“Bolonya arxiyepiskopu, kardinal Matteo Mariya Zuppi Roma Papası Fransiskin elçisi kimi iyunun 5-6-da Kiyevə səfər edəcək. Bu təşəbbüsün məqsədi ədalətli sülhə nail olmağın mümkün yolları barədə Ukrayna hakimiyyətini diqqətlə dinləmək və gərginliyin azaldılmasına töhfə verən humanitar səyləri dəstəkləməkdir”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA