Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, bölgədə anbarlara və taxıl anbarlarına ziyan dəyib.

Bu barədə o, Telegram kanalında yazıb.

Kiper bildirib ki, avqustun 16-na keçən gecə bölgədəki obyektlər iki dəfə pilotsuz təyyarələr ilə hücuma məruz qalıb. Hücumlar bölgənin cənubundakı liman və taxıl infrastrukturuna ziyan vurub.

Dunay limanlarından birində anbarlar və taxıl anbarları yanıb.

Administrasiyanın məlumatına görə, bölgədə ölən və yaralanan olmayıb.

Bundan əvvəl raket hücumu nəticəsində Odessa vilayətindəki limanın yük terminallarından birinin inzibati binası və avadanlıqları zədələnmişdi. Odessa administrasiyası bildirib ki, raketlər kritik dərəcədə aşağı hündürlükdə uçub, ona görə də onları aşkar etmək və məhv etmək mümkün olmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN