İsrail sakinləri hakimiyyətdən hazırda HƏMAS-ın əsirliyində saxlanılan qohumlarını və dostlarını azad etməyi tələb edərək genişmiqyaslı etiraz aksiyası keçiriblər. Mitinq yerində bütöv bir çadır şəhərciyi qurulub.

Tezadlar.az xəbər verir ki, media təmsilçiləri aksiyanın bəzi iştirakçıları ilə əlaqə saxlamağı bacarıblar.

Noom Alon sevgilisini axtarır. Onun sözlərinə görə, münaqişə qızışan gün o, musiqi festivalında olub. Hücum başlayanda o, dostları ilə birlikdə qaça bilib.

"Bir anda o, dostlarından ayrılaraq iki kişi ilə qaçdı. Onlar çox uzun müddət qaçdılar, lakin terrorçular onları gördülər. Qorxusundan yerində donub qaldı, sonra iki terrorçu motosikletə minib onu qaçırdı", - o, deyib.

Həmin gündən bir aya yaxın vaxt keçir. Noom Alon hesab edir ki, İsrail polisi girovları azad etmək üçün kifayət qədər səy göstərmir.

"Biz hökumət başçılarından və baş nazirdən oğurlanmış insanların evlərinə qaytarılması üçün şəxsən mümkün olan hər şeyi etmələrini tələb edirik. Biz hiss edirik ki, girovlar məsələsi hökumət üçün prioritet deyil, lakin biz bunun birinci yerdə olmasını istəyirik", - deyə gənc bildirib.

O qeyd edib ki, çadır şəhərciyi yaradanlar öz hərəkətlərinin xarici jurnalistləri cəlb edəcəyini anlayıblar. O və tərəfdaşları onların xahişlərinin təkcə İsraildə deyil, bütün dünyada eşidilməsini istəyirlər.

"Bütün girovlar evlərinə qayıdana qədər biz burada olacağıq", - Noom Alon vurğulayıb.

Etirazçılar girovların fotoşəkilləri olan plakatlarla məhdudlaşmır. Nümayişçilər 242 nəfər üçün böyük süfrə açıblar - bu qədər insan HƏMAS tərəfindən əsir götürülür. Onların arasında körpələr, uşaqlar, qocalar - bütün ailələr var.

"Süfrə elə bil cümə axşamı şənbə süfrəsi üçün qurulmuşdu. Oğurlananların demək olar ki, hamısının qohumları bura toplaşdılar və özləri qərar verdilər ki, hamı geri qaytarılana qədər getməyəcəklər. Amma biz ev hissi yaratmaq üçün süfrə açmağa qərar verdik”, - Mai Nizri izah edib.

Qızın sözlərinə görə, Qırmızı Xaç hələ də qaçırılanları görməyib. Ona görə də çadır şəhərinin sakinləri yaxınları haqqında məlumatı ancaq xəbərlərdən alırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN