Təxminən 500 metr diametrli potensial təhlükəli asteroid fevralın 2-də uçuşu zamanı Yerə mümkün qədər yaxınlaşacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Taipei Astronomiya Muzeyi məlumat yayıb.

Alimlər 2008 OS7 adlanan asteroidi ölçüsünə və uçuş yoluna görə potensial təhlükəli hesab ediblər.

Onun Bakı vaxtı ilə saat 18.40-da Yer kürəsinin yanından təxminən 2,85 milyon kilometr məsafədə uçacağı gözlənilir. Planetoidin sürəti saniyədə 18,2 kilometr, diametri hazırda 480 metrə qədər olacaq.

Muzey aydınlaşdırıb ki, asteroid Yer atmosferindən kənarda uçacaq, ona görə də Yer əhalisi üçün real təhlükə yaratmır.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN