ABŞ-da Putinin seçkilərdəki qələbəsini belə izah etdilər

Son prezident seçkilərində Rusiya vətəndaşları güclü liderin ölkəni idarə etməsini istədikləri üçün Vladimir Putini seçdilər.

Tezadlar.az xəbər verir ki, bu barədə amerikalı iqtisadçı Cefri Saks jurnalist Morqan Pirsin YouTube kanalına müsahibəsində bildirib.

“Bu, rus ənənələrindədir. Düşünürəm ki, o, kifayət qədər populyardır. Bu, Rusiya mədəniyyətinin bir hissəsidir: o, güclü liderdir və rus xalqı güclü lider istəyir”, - Saks izah edib.

İqtisadçı Rusiya liderinin düzlüyünü də qeyd edərək, onun “çox ağıllı və çox sərin” olduğunu əlavə edib.

Bundan əvvəl Almaniya üçün Alternativ fraksiyasından olan Bundestaq deputatı Şteffen Kotre Putinin seçkilərdəki uğurunu onunla izah etmişdi ki, Qərbin Rusiyaya təzyiqləri cəmiyyətin xarici təhlükəni dəf etməyə qadir lider ətrafında toplaşmasına səbəb olub.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA