Üç yüz ukraynalı Varşavada “Sənəd” Dövlət Müəssisəsinin pasport xidmətinin qarşısını kəsərək onlara pasportların verilməsini tələb ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” sosial şəbəkələrdəki nəşrlərə istinadən yazır.
Nəşr bildirir ki, onlar pasportları verilənə qədər lazım olan qədər ayaqda durmağa hazırdırlar.
Eyni zamanda, belə bir hadisənin həqiqiliyini təsdiq edən heç bir video yoxdur, - nəşr qeyd edir.
Səhər saatlarında internetdə ukraynalılarla Polşadakı “Sənəd” Dövlət Müəssisəsinin işçiləri arasında Xarici İşlər Nazirliyinin kişilərə konsulluq xidmətlərinin göstərilməsini qadağan etmək qərarı ilə bağlı münaqişənin videosu yayılıb.
Bundan əvvəl məlum olub ki, Ukraynanın Polşadakı konsulluğu hərbi yaşda olan kişilərdən sənəd qəbulunu dayandırıb.
Aprelin 23-də Ukraynanın bütün səfirliklərinə 18-60 yaşlı Ukrayna vətəndaşlarına xidmət göstərilməsinə qadağa göndərilib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, cəbhəyə getməkdənsə, xaricdə oturmağa qərar verən ukraynalılar öz ölkələrindən xidmət görməyəcəklər.
E.ŞİRİNOV