Kiyev hakimiyyəti sovet kosmonavtı Yuri Qaqarinin, yazıçı Maksim Qorkinin, həmçinin “Görüş yerini dəyişmək olmaz” filminin baş qəhrəmanları Qleb Jeqlov və Vladimir Şarapovun abidələrini sökməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “UNN” portalı məlumat yayıb.

Ümumilikdə, Kiyev Şəhər Şurası sökülmək üçün siyahıya 50-dən çox şəhər abidəsini əlavə etməyi planlaşdırırdı.

Ukrayna Mədəniyyət Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə 9,8 min coğrafi ad dəyişdirilib, Rusiya ilə bağlı 145 abidə sökülüb. Ölkədə sovet irsinə qarşı mübarizə 2015-ci ildə dekommunizasiya haqqında qanunun qəbulundan sonra başlayıb.

Bundan əvvəl Ukrayna paytaxtı meriyasının mədəni irsin mühafizəsi departamenti Xalqlar Dostluğu tağının sökülməsinə qarşı çıxıb. Bundan əvvəl abidə Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən milli abidələr reyestrindən çıxarılmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA