Gürcüstan parlamentinin plenar iclası nümayişçilərin binaya soxulmaq cəhdinə görə ləğv edilib. Bu, mayın 1-də keçirilən mitinqdə baş verib.
“Mayın 1-də etirazçıların Gürcüstan parlamentinin sarayına hücumu nəticəsində parlament binasına və infrastruktura ziyan dəyib. Müvafiq olaraq, bu gün, mayın 2-də Parlament Sarayında planlaşdırılan tədbirlər (büro və plenar iclas) baş tutmayacaq”, - deyə rəsmi qurumun açıqlamasında bildirilir.
Bundan əvvəl Gürcüstan parlamentinin rəhbərliyi xarici agentlər haqqında qanun layihəsinə qarşı çıxanların qanunverici orqana soxulmaq cəhdləri səbəbindən təhlükəsizlik səviyyəsinin qırmızı səviyyəsini elan edib.
E.ŞİRİNOV