Ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətinin üstünün açılması ilin birinci yarısında prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlar ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri nəticəsində təmin edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, 2024-cü ilin birinci yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin olunub.

“Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub, 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub”, - deyə K.Əliyev bildirib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN