Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) səfər etməzdən əvvəl Ukraynanın energetika naziri German Qaluşenko və bu ölkənin Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin rəhbəri Oleq Korikov ilə görüşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz Zaporojye AES-ə səfərimdən əvvəl Ukraynanın Atom Elektrik Stansiyalarına dəstəyimizlə bağlı fikir mübadiləsi apardıq. BAEA Ukraynanın nüvə obyektlərinin hər birində olmaqla onların təhlükəsizliyini təmin etməyə tam sadiqdir”, - deyə o yazıb.

Bundan əvvəl BAEA rəhbəri Zaporojye AES-ə baş çəkmək üçün “Enerqodar”a getdiyini açıqlamışdı. O, səfərinin məqsədinin “nüvə qəzasının qarşısının alınmasına yardım etmək” olduğunu açıqlayıb.

Sentyabrın 2-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi hazırda Zaporojye Atom Elektrik Stansiyasına hərbi yolla nəzarəti bərpa edə bilməz.

Avqustun 31-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Ukrayna Zaporojye AES-in işçilərini şantaj edir, onların ailələrini hədələyir və terror aktları törətməyə sövq edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN