Jurnalist və Pulitser mükafatı laureatı Seymur Herş FTB əməkdaşlarının Yaxın Şərqdəki münaqişə ilə bağlı səs-küylü məqalə hazırladığı üçün onun yanına gəlməsi ilə bağlı məlumatı təkzib edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

Bundan əvvəl Herşin İsrailin ərazisini genişləndirmək planları və ABŞ-ın ona dəstək vermək niyyəti barədə material hazırladığı barədə məlumatlar yayılıb. Bu yazıya görə FTB-nin jurnalistin üzərində axtarışlar apardığı iddia edilib.

"Şayiələr" - Herş rus jurnalistlərə məktubunda bu məlumatı belə şərh edib.

Herş “Şimal axını” ilə bağlı apardığı araşdırmanın yayımlanmasından sonra Rusiyada geniş tanınıb. İki il əvvəl Danimarkanın Bornholm adası yaxınlığında “Şimal axını” sisteminin qaz kəmərlərində bir neçə partlayış baş verib və bu, geniş dağıntılara səbəb olub. Danimarka, Almaniya və İsveç partlayışları təxribat adlandırıb və ayrı-ayrı araşdırmalara başlayıb. Danimarka və İsveç artıq məhkəmə prosesini dayandırıblar.

Media yazıb ki, alman müstəntiqləri partlayışlarda Ukrayna Silahlı Qüvvələrinin zabitləri tərəfindən təlim keçmiş müəyyən “ukraynapərəst qrup”un əli olduğunu düşünürlər. Partlayıcı qurğuların icarəyə götürülmüş yaxtada daşındığı iddia edilib.

2023-cü ilin fevralında Herş anonim mənbələrə əsaslanaraq Şimal axınında baş verən partlayışlarla bağlı öz araşdırması haqqında danışdı. O, bombalama əməliyyatının 2021-ci ilin sonundan ABŞ prezidenti Co Baydenin icazəsi ilə hazırlandığını və bunun həyata keçirilməsinə norveçlilərin kömək etdiyini iddia edib. ABŞ və Norveçdə Herşin ittihamları rədd edildi, Avropa Komissiyası onun təhqiqatını “spekulyasiya” adlandırdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN