Rusiyanın Trans-Baykal diyarında mikroavtobusun Şilkinski rayonunda aşması nəticəsində 15 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Rusiya regionu üzrə idarəsi Telegram kanalında məlumat yayıb.

İdarədən verilən məlumata görə, zərərçəkənlər artıq xəstəxanaya çatdırılıb. Qəzadan sonra müstəntiqlər yoxlamaya başlayıb. İlk ehtimal budur ki, sürücü idarəetməni itirmiş ola bilər.

Rayonun Dövlət Yol Müfəttişliyinin daha əvvəl verdiyi məlumata görə, mikroavtobus Moqoituy-Sretensk-Oloçi avtomobil yolunda sürüşərək xəndəyə düşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN