Yeddi girov - iki İsrail vətəndaşı və beş Tailand vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Müdafiə Qüvvələrinə (İMQ) təhvil verilib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
"İsrail hökuməti azad edilən yeddi nəfəri səmimiyyətlə alqışlayır. Vətəndaşlarımızın siyahısı belədir: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tailand vətəndaşı da azad edilib", - məlumatda deyilir.
"İsrail hökuməti bütün girovların və itkin düşənlərin qaytarılmasına sadiqdir", - baş nazirin ofisi bildirib.
Ordunun mətbuat xidməti azad edilmiş yeddi girovun “artıq İsrail ərazisində olduğunu” təsdiqləyib.
Cümə axşamı səhər saatlarında İsrail ordusunun əsgəri Agam Berger Qəzza zolağından azad edilib.
E.ŞİRİNOV