Çelyabinskdə Traktorozavodski polis idarəsinin miqrasiya şöbəsinin rəisi saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə yanvarın 30-da Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi özünün Telegram kanalında məlumat yayıb.
İstintaqın məlumatına görə, polis əməkdaşı 2023-cü ilin martından 2025-ci ilin yanvarınadək xidməti səlahiyyətlərindən sui-istifadə edərək, hərbi qeydiyyatda olmayan Rusiya vətəndaşları haqqında məlumatları gizlətdiyi üçün mütəmadi olaraq vasitəçilər vasitəsilə rüşvət alıb. Ümumilikdə polis 500 min rubla yaxın pul alıb.
E.ŞİRİNOV