Milli Məclisin deputatı, MCP-nın sədri Razi Nurullayev MM-də seçicilərini qəbul edib. TEZADLAR.AZ xəbər verir ki, deputat özü bu barədə sosial media hesabında məlumat paylaşıb.
"Bu gün Milli Məclisdə vətəndaş qəbulu keçirdim. Ədalət Cavadov və Qabil Rzayevin problemlərini dinlədim. Elə məsələlər var ki, onu həll edə bilirik, amma elə məsələlər var ki, o bizim gücümüz və səlahiyyətimiz çərçivəsində deyil.
Qabil Rzayevin məsələsi ilə bağlı onu Milli Cəbhə Partiyası hüquq şöbəsinin müdiri, müavinim Vüqar Dadaşova yönəltdim və lazımi hüquqi köməklik və ərizə məsələsini həll edəcək. Ədalət Cavadovun məsələsi ilə bağlı isə xəstəxanadan xahiş edəcəyik. Allah köməkləri olsun", - deyə deputat qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN