Füzuli rayonu Böyük Bəhmənli kəndində qəhrəman şəhidlərimizdən olan Allahyar İbrahim oğlu Əliyevin ailəsi ilə görüşdük.

TEZADLAR.AZ xəbər verir ki, deputat Vüqar Bayramov özü bu barədə sosial media hesabında məlumat verib.

"Birinci Qarabağ müharibəsinin şəhidi olan Allahyar Əliyev zəngin döyüş yolu ilə yaddaşlarda qalıb. Ailəsi ilə görüş zamanı onların qayğıları ilə maraqlandıq, şəhidimizin keçdiyi zəngin döyüş yolundan geniş söhbət açdıq.

Allahyar Əliyev 1970-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra ordu sıralarına daxil olub. 1990-cı ildə hərbi xidməti başa vurduqdan sonra Peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ildə Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar müharibəyə qoşulmuş və xüsusi peşəkarlıq göstərmişdir. 1993-cü ildə Füzuli rayonu Veysəlli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra təhsil aldığı Füzuli rayonu 2 saylı Böyük Bəhmənli kənd tam orta məktəbinə onun adı verilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət etsin", - deyə Vüqar Bayramov qeyd edib.

 s

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN