Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, 134 deputatdan 114-ü qətnaməni dəstəkləyib, 13-ü əleyhinə çıxıb, 7-si isə bitərəf qalıb. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb edilib.
Qətnaməyə əsasən, hakim Gürcü Arzusu partiyası sözügedən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırılır.
Gürcüstana qarşı bu təzyiqlər artmaqda davam edir... Ölkə dünya arenasında təklənməkdədir. Yuxarıda ABŞ, aşağıda Rusiya...
A.Məmmədli