Gürcüstanda Kənd İnkişaf Agentliyi Marneuli və Laqodexi rayonlarında qadınların maliyyə və texniki imkanlarının gücləndirilməsi istiqamətində yeni proqrama start verir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə sözügedən agentliyin məlumatında bildirilir. Agentliyin məlumatına əsasən, proqram Marneuli və Laqodexi bələdiyyələrində iqtisadi cəhətdən qeyri-fəal qadınları cəmiyyətə tamhüquqlu üzv olmalarını, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və qadınların kənd təsərrüfatı fəaliyyətinə cəlb edilmələrinin stimullaşdırılmasını nəzərdə tutur. Proqrama əsasən, qadın benefisiarlar (kiçik sahibkarlar) kiçik torpaq sahəsində istixanalar yaratmaq, daha sonra isə kənd təsərrüfatı məhsulları istehsal etmək imkanı əldə edəcəklər. Proqram çərçivəsində bir benefisiar tərəfindən istixananın yaradılması üçün ümumi dəyəri 25 000 laridən çox olmayan vəsait ayrılacaq. Sözügedən vəsait benefisiar tərəfindən irəli sürülmüş layihənin maksimum 90%-nin maliyyələşdirilməsini nəzərdə tutmalıdır. Proqram çərçivəsində ən azı 200 kvadratmetr sahəsi olan istixananın təşkilinin maliyyələşdirilməsi nəzərdə tutulur. Potensial benefisiar 5000 kv.m-dən çox olmayan torpaq sahəsinə sahib olan və ya birgə mülkiyyətində olan torpaq sahəsinə malik olmalıdır. Yetkinlik yaşından 60 yaşadək olan, Marneuli və Laqodexi Bələdiyyələrində yaşayan qadınlar proqramdan istifadə edə bilərlər. Proqram çərçivəsində benefisiarlara istixanaların idarə olunması və spesifik məhsulların saxlanılması üzrə nəzəri kurs, konkret məhsullar üzrə praktiki məşğələlər keçiriləcək.

Qeyd edək ki, proqram BMT-nin "Qadınların Cənubi Qafqazda iqtisadi imkanlarının artırılması” layihəsi çərçivəsində hazırlanıb. Sözügedən layihə İsveçrə və Avstriyanın inkişaf və əməkdaşlıq agentlikləri tərəfindən maliyyələşdirilir. Proqramın ümumi büdcəsi 300,000 ABŞ dolları təşkil edir.

24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN