Avqustun 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Bankın məlumatına görə, hərracda tələb 41,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, cari ilin 11 avqust tarixində bu tələb 39,0 mln. ABŞ dolları, 9 avqust  tarixində 46,1 mln. ABŞ dolları , 4 avqust tarixində  38,3 mln. ABŞ dolları, 2 avqust tarixində isə 66,6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hələki  bu ay ən çox valyuta tələbi 2 avqust tarixində baş verib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN