Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası fəaliyyətə başlayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil edilmiş yarmarka Binəqədi rayonu ərazisində (Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində) yerləşir.
Yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb.
Yarmarka hər gün fəaliyyət göstərəcək.
Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək istəyən sahibkarlar yarmarkada iştirak edə bilərlər.
TEZADLAR.AZ