İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2024-cü ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.669 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə qurumun məlumatında qeyd edilir.
Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 33.572-si (16,1%) ilkin, 174.097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşür.
2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində 33.395, mənzil üzərində 46.933, torpaq sahəsi üzrə 120.079, qeyri-yaşayış binası üzrə1.921, qeyri-yaşayış sahəsi 4.863, əmlak kompleksi üzrə 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54.558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-iyul ayları ərzində 154.905 texniki pasport tərtib edilib, 41.226 ipoteka müqaviləsi qeydiyyata alınıb.