Nəhayət, bloqer kimi tanınan Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatdı... 

İstintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Maraqlıdır ki, daim insanların haqqını qoruyan və ictimai maraqların müdafiəçisi kimi özünü cəmiyyətə təqdim edən Ata Abdullayevin sonradan gizli qalmış fəaliyyəti ortaya çıxdı. İndi məlum olur ki, onun cinayət hərəkətindən 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb. O, Dövlt Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. A.Abdullayev hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Həmin vaxt barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdi.

Belə hadisələri görəndə insanların da belə cinayətlərdəki günahını qeyd etməyə bilmərik. Axı heç bir rəsmi, nüfuzlu fəaliyyəti olmayana necə inanıb aldanıblar???

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN